Türkiyədən sonra Bolqarıstan da Rusiya və Ukrayna arasında vasitəçilik təklif edib.
Metbuat.az xəbər verir ki, bu barədə Bolqarıstanın yeni Baş naziri Kiril Petkov açıqlama verib. O bildirib ki, Bolqarıstanın Ukrayna barədə mövqeyi NATO və Avropa Birliyinin mövqeyi ilə eynidir. Baş nazir bəyan edib ki, Rusiya və Ukrayna arasında gərginliyin yeganə həll yolu diplomatiyadır.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik təklif etmişdi.