Gələn il yanvarın 17-dən 31-nə qədər İsrailin Təl-Əviv beynəlxalq hava limanında (TLV) sərnişinlərə xidmət sisteminin təkmilləşdirilməsi işləri aparılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) açıqlamasında bildirilir.
Qeyd edilir ki, bununla əlaqədar aviaşirkətin Təl-Əviv-Bakı marşrutu üzrə reyslərinin qeydiyyatı və baqaj qəbulu müvəqqəti olaraq Ben Qurion adına Beynəlxalq Hava Limanının 1-ci Terminalında həyata keçiriləcək. Uçuşu bu elanda göstərilən tarixlər aralığına düşən sərnişinlərdən xahiş olunur ki, Təl-Əviv hava limanının birinci terminalında qeydiyyatdan keçsinlər.