Nigardan hərbçi HƏYAT YOLDAŞINA:

Əməkdar artist Nigar Şabanova şəxsi "Instagram" hesabı üzərindən yeni paylaşım edib.

Metbuat.az bildirir ki, ifaçı tanış olmalarının birinci ildönümü münasibətilə hərbçi həyat yoldaşını təbrik edərək, haqqında xoş sözlər yazıb:

"Bu gün tanışlığımızın bir ili tamam oldu. Əslində sənin yaralandığın 2020-ci il 16 oktyabrda paylaşılmışdı və mən sənə həmin gün vuruldum. İkinci Qarabağ müharibəsindən sonra tanış olduq. Həmin dönəmlərdə qarşımda alışmadığım bir insan obrazı vardı. İllərlə işlədiyin iş yoldaşların, dostlarını itirən bir insan. Deyə bilərəm ki, səni öz sağlamlığım bahasına həyata qaytardım. Amma bunu bacardım. Zəhmətim çox oldu bunu sən də danmazsan ki, həm psixoloq, həm dost, həm də sevdiyin qadın oldum. Təbii ki, mənə asan olmadı, sənə yenidən yaşamağı, güclü olmağı sevdirmək amma sənin üçün ən çətin günlərə dəyər, bu günümün həyat yoldaşı. O qədər ağır imtahanlardan keçdik. Nə yaxşı varımsan, səni sevirəm, Xəyyamım".
Nigar Şabanova ilk dəfə hərbçi həyat yoldaşı ilə - FOTO | KONKRET

Nigar Şabanova XTQ hərbçisi olan nişanlısı ilə - Bixeber.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR