10 il övlad həsrəti çəkən Elnurdan DUYĞUSAL ETİRAF:

ATV-nin “Günün sədası” proqramında 10 illik övlad həsrətini yenicə bitirən müğənni Elnur Məmmədov keçirdiyi çətin günlərdən danışıb.

Metbuat.az xəbər verir ki, müğənni uzun illər övladının olmamasından danışıb:

"Mən dünyanı gəzdim, milyonlar tökdüm. Sadəcə səbəbini bilmək üçün. Mənim üçün ismətli ailənin olması var-dövlətdir. Allaha hər zaman şükür edib deyirəm ki, mənə ismətli ailəni qismət elədin. Mənə ömrümün axırına kimi övlad verməsən belə çox xoşbəxtəm. Amma yenə də hər dəfə Allahla danışanda dua edirdim ki, övladım olsun”.

Müğənni sonunda problemi həll edən həkim Öndər Tulumbacıya hər zaman minnətdar olacağını bildirib:

“Dünyanı gəzib həkimlərə gedirdim. Azərbaycanda həkim yanına getmirdim. Çox üzr istəyirəm, 5-ə yaxın övladım olub, qalmayıb. Qismətdir, taledir. Övladım dünyaya gələnə qədər də beşik almağa ürək etmirdim. Amma Öndər həkim məni doğru yönəltdi. Hər bir şeyə qədər yoxlanıldı. Cüzi bir problemdən 10 ildir əziyyət çəkirmişəm”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR