Bakıda 14 yaşlı yeniyetmə dəm qazından zəhərləndi

Bakıda zəhərlənmə hadisəsi baş verib.

Metbuat.az bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Y.V.Çəmənzəmənli küçəsində yaşayan 2007-ci il təvəllüdlü Nuri Aynur Telman qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Xəsarət alan yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR