Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin olduğu parkdakı təmir işlərinin "Azərbaycan Dəmir Yolları"na aidiyyəti yoxdur

Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin olduğu parkdakı təmir işlərinin "Azərbaycan Dəmir Yolları"na aidiyyəti yoxdur
10:23 30 May 2015
185 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 may /Trend/

Gəncədə parkda aparılan tikinti işlərinin dəmir yoluna heç bir aidiyyəti yoxdur. Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

O, qeyd edib ki, Milli Məclisin 29 may 2015-ci ildə keçirilən iclasında millət vəkili Musa Quliyev həmkarı Sabir Rüstəmxanlının Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin təhqir edilməsi ilə bağlı fikirlərinə cavab vermişdi: “Sabir Rüstəmxanlının M.Ə.Rəsulzadənin abidəsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur. Bu, yalan informasiyadır və həqiqəti əks etdirmir. Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən, o bağın Gəncə şəhər İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir”.

N.Əzməmmədov bildirib ki, Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 73 №-li sərəncamına əsasən, Azərbaycan Dəmir Yollarının balansında olan Gəncə, Sumqayıt, Əli Bayramlı (indiki Şirvan), Lənkəran, Şəki, Yevlax şəhərləri, Abşeron, Xızı, Tovuz, Xanlar, Daşkəsən, Samux, Saatlı, Salyan, Astara, Goranboy, Sabirabad, Beyləqan, Masallı, Qax, Cəlilabad, Neftçala, Ağdaş, Qazax, İmişli rayonları ərazilərindəki mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları, qurğuları, yollar aidiyyəti üzrə şəhər və rayon icra hakimiyyətilərinin balansına verilməlidir: "Bu sərəncama əsasən, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi Gəncə şəhər İcra Hakimiyyətinə müvafiq məktubla müraciət edib. Gəncə şəhər İcra Hakimiyyətinin 28 noyabr 2014-cü ildə QSC-yə göndərdiyi cavab məktubunda Azərbaycan Dəmir Yollarının balansında olan mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları qurğularının Gəncə şəhər İcra Hakimiyyətinin balansına və xidmət dairəsinə əvəzsiz qəbul edilməsinə razılıq verilib".

Onun sözlərinə görə, hazırda Gəncədəki Məmməd Əmin Rəsulzadənin abidəsinin yerləşdiyi parkda aparılan təmir-tikinti işlərinin Nəqliyyat Nazirliyinin struktur bölməsi olan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə heç bir aidiyyəti yoxdur: "Parkdakı hər hansı neqativ hala görə cavabdeh orada tikiniti işlərini həyat keçirən təşkilatdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2400581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR