"Neftçi" və "Zirə"nin bir neçə futbolçusunun transfer qiyməti artıb.

Metbuat.az "Transfermarkt" saytına istinadən xəbər verir ki, "Zirə"nin qolkiperi Mehti Cənnətovun transfer dəyəri 400 min avrodan 500 min avroya çatıb. Klubun 19 yaşlı müdafiəçisi Cəlal Hüseynovun qiyməti 150 mindən 300 min avroya, Coşqun Diniyevin qiyməti isə 450 min avroya çatıb.

Bundan başqa, "Neftçi"nin müdafiəçisi Mert Çelikin transfer qiyməti də artıb. Belə ki, Çelikin qiyməti 100 min avro qalxaraq 350 min avro olub.

"Neftçi"nin yeni transferi Azər Salahlının qiyməti 50 min avro artaraq 400 min avro təşkil edib. Emin Mahmudova gəlincə, onun dəyəri 1 milyondan 1,2 milyon avroyadək yüksəlib.