Göygöldə mağazalardan oğurluq edənlər tutuldu -

Göygöl rayonunda mağazalardan 12 min manatlıq oğurluq edilib.

Bu barədə Metbuata.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.



Araşdırmalar zamanı məlum olub ki, əvvəllər dəfələrlə məhkum olunmuş Elçin Rüstəmov və Sahib Hüseynov 2021-ci ilin müxtəlif vaxtlarında rayon ərazisindəki 3 mağazanın dam örtüyünü deşərək qeyri qanuni yola daxil olaraq oradan ümumilikdə 12 000 manat dəyərində olan tütün və gündəlik tələbat mallarını oğurlayıblar. Daha sonra həmin şəxslər oğurladıqları malları Gəncə şəhərində satıblar.



Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, fakla bağlı Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR