Türkiyə dünya bazarlarını ələ keçirir: Avropa, Afrika və Asiya bazarlarında türk hegemoniyası

Son vaxtlarda Türkiyə istehsalı olan məhsullar Çin məhsullarının bazarını ələ keçirərək, satış xəritəsini genişləndirib.

Metbuat.az xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən Al-Araby portalı məlumat yayıb. Məqalədə qeyd edilir ki, Türkiyə xüsusilə Şimali Afrika ölkələri o cümlədən Misirdə Çin mallarının yerini tutub. Müəllifin sözlərinə görə, Türkiyənin tekstil malları daha keyfiyyətlidir. Türkiyə məhsullarının bazarları ələ keçirməsinin səbəblərindən biri də, Çin mallarının bölgəyə gec çatması və digər tədarük problemləridir.

Türkiyənin Misir bazarlarını ələ keçirməsi digər ölkələrə yayılmasına da şərait yaradıb. Türk malları Misirdən Mərkəzi Asiya və Şəriq Avropa ölkələrinə daşınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR