Anasının istəyi ilə sünnət edib, 13 yaşında qoca kişiyə ərə vermək istədilər -

Köçərilər qəbiləsindən olan Somali əsilli model Varis Dirie beş yaşında qadın sünnət əməliyyatı keçirərək, 13 yaşında az qala qoca kişi ilə evləndirilməyə məcbur qoyulub. Lakin Varis təkcə yeni həyat və başgicəlləndirici karyera qurmaq üçün deyil, həm də özü kimi barbar adətinin qurbanlarını müdafiə etmək üçün güc taparaq həyatını dəyişdirməyi bacarıb.

Metbuat.az ən məşhur afrikalı fəallardan biri Varid Dirie haqqında faktları təqdim edir:

Varis Dirie Somalinin Gilkayo şəhərində böyük köçəri ailəsində anadan olub. Doğma ləhcəsindən tərcümədə qızın adı "səhra çiçəyi" deməkdir.

Varisin valideynlərindən doğulan on iki uşaqdan yalnız beşi sağ qalıb. Qadın sünnətinin dəhşətli tətbiqi nəticəsində iki uşaq dünyasını dəyişib. Biri doğuş zamanı dünyasını dəyişib, çünki sünnət ananın cinsiyyət orqanını eybəcərləşdirib və onun doğulmasını çətinləşdirib. İkincisi beş yaşlı Varisin bacısı qadın sünnətinə məruz qaldıqdan sonra qan itkisi və ağrı şokundan ölüb.

Beş yaşında olanda Varis özü qadın cinsiyyətini birdəfəlik məhv etmək və qızı gələcəkdə "sakit və sadiq həyat yoldaşı"na çevirmək üçün hazırlanmış bu dəhşətli prosedura dözməli oldu. Özü də belə bir kabus görən ananın qızına yazığı gəlsə belə, heç nə edə bilməzdi. Çünki onun tayfasının adət-ənənələri bu şəkildə qadın “natəmizliyini” məhv etmək üçün qanunlar yazmışdılar.

Müsahibələrinin birində Varis Afrikada tətbiq edilən dəhşətli adət-ənənə haqqında deyib ki, "cinsi əlaqədə olan qadınlar yalnız ərin həzz alması və nəsil davam etdirməsi üçün bir vasitədir. Arvadda cinsi cazibə pozğunluq əlaməti olaraq qəbul edilir. Heç kim sünnətsiz qızla yüksək ehtimalla evlənməyəcək və o, valideynlərinin və ya böyük qardaşının ailəsində qulluqçu olaraq həyatını sonlandırır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR