Yaşadığımız son 7 ildə görülməmiş istilər olub

Amerika Birləşmiş Ştatlarında aparılan araşdırmaya görə, son 7 il, 1850-ci ildən bəri dünyanın ən isti illəri kimi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, alimlər 2021-ci ilin iyul ayının indiyə qədər görülən ən isti ay olduğunu bildiriblər.

Onlar 25 ölkədə temperaturun ən yüksək həddə çatdığını, artan temperaturun 1,8 milyard insana təsir etdiyini vurğulayıblar.

Xatırladaq ki, ötən il dünyanın bir çox ölkələrində meşə yanğınları başlayıb və təbiətə, ölkələrin iqtisadiyyatına ciddi ziyan dəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR