ABŞ-ın İraqdakı səfirliyi "BM-13" Katyuşa tərəfindən hücuma məruz qalıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilir ki, ABŞ-ın Bağdaddakı səfirliyinə azı iki "BM-13" (həmçinin Katyuşa kimi tanınır) artilleriya raketi atılıb.

Adının açıqlanmasını istəməyən agentliyə danışan rəsmi mənbələr baş verənlərdə xəsarət alanın olmadığını bildiriblər.

Gülbəniz Hüseynli / METBUAT.AZ