2022-ci ilin yeni marşrut şəbəkəsi çərçivəsində Qəbələ və Moskvanı birləşdirən yeni müntəzəm aviareys açılıb.
AZAL-dan Metbuat.az-a verilən məlumata görə, "Nordwind" aviaşirkəti 189 sərnişin oturacağı olan Boeing 737-800 təyyarəsində Moskvanın Şeremetyevo hava limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.
Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm reys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.
Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir.
Qəbələ-Bakı reysi barədə videoçarxla burada tanış olmaq mümkündür: