“Kurtlar Vadisi”nin Şemosu vəfat etdi

Türkiyənin məşhur aktroru Ayberk Pekcan vəfat edib.

Metbuat.az xəbər verir ki, aktyor uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkirmiş. Ötən həftə səhhəti pisləşdiyindən Mersində reanimasiyaya yerləşdirilmişdi.

Xatırladaq ki, Pekcan “İhlamurlar Altında”, “Yaprak Dökümü”, “Kurtlar Vadisi” və “Keşanlı Ali Destanı” kimi seriallarda ifa etdiyi rolları ilə yadda qalıb.

51 yaşlı aktyor son rolunu isə “Diriliş Ertuğrul” serialında canlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR