Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana arasında apellyasiya məhkəməsi baş tutub.
Metbuat.az xəbər verir ki, bu haqda Canana şəxsi "lnstagram" hesabında paylaşım edib.
O, övladlarının ona qaytarıldığını bildirib:
“Balalarımın üçünü də mənə qaytardılar. Ədalətli qərar oldu. Sabahkı ad günümün ən böyük hədiyyəsi oldu”.
Xatırladaq ki, Kərim və Canana ötən ilin oktyabr ayında rəsmi olaraq boşanıb. Cütlüyün üç uşağı isə anadan alınaraq ataya verilmişdi.