Hava limanı ərazisi bombalandı: Sərnişin təyyarəsini vurdular -

İraqın paytaxtı Bağdadda yerləşən beynəlxalq hava limanının ərazisinə raket zərbələri endirilib.

Metbuat.az xəbər verir ki, bu barədə İxlas xəbər agentliyi məlumat yayıb. Məlumata görə, ABŞ bazasının yaxınlığına və hava limanına azı 6 raket atılıb. Raketlərdən biri istifadədə olmayan sərnişin təyyarəsinə tuş gəlib.

Fəsadlar barədə məlumat yoxdur. Hücumdan sonra hava limanındakı insanlar təxliyə edilib. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR