Rusiya Qara dənizin geostrateji mövqeyinə görə Krımı güzəştə getməyəcək -

"Birinci və ikinci dünya müharibələri dünyanın siyasi xəritələrini dəyişmək, yeni ərazilər ələ keçirmək uğrunda idisə, III dünya müharibəsi "enerji" qaynaqları uğrunda ola bilər. Amma dünya hələki buna hazır deyil".

Bu açıqlamanı Metbuat.az-a politoloq Elman Vəliyev edib. Ekspertin sözlərinə görə, Rusiya öz şərtlərini(əsas şərt NATO-nun şərqə doğru genişlənməməsi) diktə etmək üçün psixoloji təzyiqlər edir.


"Bildiyiniz kimi, Avropanın qaz ehtiyatını Rusiya qarşılayır. Avropanı Rusiyadan azad etmək üçün gərək onun enerji ehtiyatlarını təmin etmək mümkün olsun. ABŞ bunun üçün Qətəri alternativ görür, ancaq bu proses çox baha başa gələ biləcək bir layihədir. Almaniya Rusiyanın "Şimal axını 2" layihəsindən olduqca fayda götürdüyündən Ukrayna üçün qapılarını bağladı. NATO üzvlərinin Rusiyaya müharibə edəcəyini düşünmək emosionallıq ola bilər. Rusiyanın irəli sürdüyü şərtlərin künclərini yonaraq kompromis əldə etmək mümkündür".

Politoloq qeyd etdi ki, Rusiya Sevastapol bazasına, Qara dənizin geostrateji mövqeyinə görə Krımı güzəştə getməyəcək. Əgər Ukrayna ehtiyatsız davranarsa, uduza bilər.

"Türkiyənin vasitəçi kimi iştirak etməsi Rusiya üçün sərfəlidir. Əgər üçlük bir masada əyləşəcəksə Türkiyə neytrallığı qoruyacaq, ancaq Rusiya güzəştə getməyəcək. Türkiyə Amerikanın təzyiqlərinə baxmayaraq S-400-lərdən imtina etmədi. Lakin zənn etmirəm ki, separatçı rejimlər (Donetsk, Luqansk) Türkiyənin vasitəçiliyini səmərəli hesab etsinlər. Rusiyanı yalnız koalisiya formatında diz çökdürmək olar".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR