Paşinyan Türkiyəyə səfər edəcək -

Qarabağın azad edilməsi sülhün açarıdır.

Metbuat.az-ın Apa-ya istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay “A-Haber” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Minsk qrupunun həmsədr ölkələri əslində 30 il ərzində mümkünsüzlüyü həll kimi təklif edirdilər. Nəticə etibarı ilə uduzan sadəcə Ermənistan oldu, Azərbaycan isə hərtərəfli şəkildə gücləndi.

“Türkiyə - Ermənistan arasında münasibətlərin normallaşma prosesində xüsusi nümayəndələr təyin olundu və müsbət mesajlar verildi. Ümid edirik ki, bu proses sürətlənəcək və biz Ermənistanla çox qısa müddətdə irəliləyə bilərik. Bundan əlavə, dəhlizlər açılacaq. Ermənistan Baş nazirinin Antalya Diplomatiya Forumuna gələcəyik dediyi nöqtəyə gəlmişik",- deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR