"Marsel"in bu futbolçuları "Qarabağ"a qarşı oynayacaq

"Marsel" UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la oyun üçün heyətini açıqlayıb.

Metbuat.az xəbər verir ki, klub Ağdam təmsilçisiylə olan oyuna 21 futbolçunu sifariş edib.

Qapıçlar: Pau Lopes, Stiv Mandanda

Müdafiəçilər: Vilyam Saliba, Alvaro, Bubakar Kamara, Leonardo Balerdi, Luan Peres, Due Çaleta-Çar, Sead Kolaşinaç, Pol Lirola

Yarımmüdafiəçilər: Matteo Genduzi, Amin Arit, Jerson, Valenten Ronje, Papu Quey

Hücumçular: Arkadiuş Milik, Dimitri Payet, Bamba Dyenq, Sedrik Bakambu, Cengiz Ünder, Konrad de la Fuente

Qeyd edək ki, komandalar arasında ilk oyun fevralın 17-də “Velodrom”da keçiriləcək. Cavab oyunu isə fevralın 23-də Tofiq Bəhramov stadionunda baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR