Premyer Liqada azarkeş rekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

Metbuat.az xəbər verir ki, XV turun “Neftçi” – “Qarabağ” oyununu 3500 tamaşaçı izləyib. Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüşdəki tamaşaçı sayı cari çempionat üçün ən yüksək rəqəmdir.

“Bakcell Arena”dakı oyuna qədər də rekord eyni komandaların eyni stadiondakı matçına məxsus idi. Həmin vaxt da indiki nəticənin qeydə alındığı III turun oyununu 3300 tamaşaçı izləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR