Məktəbli quldurluğa məruz qaldığını iddia etdi, yalanı ortaya çıxdı-

"İtkin düşən şəxs daşla özünə xəsarətlər yetirib".

Bunu Metbuat.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülüb mobil telefonun talanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb: "Araşdırmalarla məlum olub ki, məktəbli, atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə “pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı”, - deyə valideynlərini və polisi inandırmaq üçün belə yalan iddialar edib, əllərinə və üzünə daşla xəsarətlər yetirib".

"Polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam və hərtərəfli olaraq yoxlanılıb, mobil telefon gizlətdiyi yerdən aşkarlanıb", - o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR