Ərdoğan koronavirusdan sağaldı

Koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sağalıb.

Metbuat.az xəbər verir ki, bu barədə həkim, professor Serkan Topaloğlu Ərdoğanın durumu ilə bağlı açıqlama verərkən bildirib.

O qeyd edib ki, son iki gündə edilən PCR testləri mənfi çıxıb: “Düşünürəm ki, prezidentimiz yaxında, hətta sabah da ənənəvi proqramına qayıdacaq”.

Qeyd edək ki, fevralın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR