"Zəngilan aeroportu böyük nəqliyyat hava qovşağı olacaq" -

“Çox qısa müddətdə Zəngilan Beynəlxalq Hava Limanı böyük nəqliyyat hava qovşağına çevriləcək. Bu da təkcə ölkənin deyil, bütün regionun iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq".

Metbuat.az xəbər verir ki, bunu qurumun prezidenti Cahangir Əsgərov bildirib.

"Nəzərdə tutulan məqsəd çərçivəsində bu gün Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müəyyən etdiyi standartlara uyğun olaraq aeroportda aeronaviqasiya avadanlığının tətbiqi üzrə genişmiqyaslı işlər görülür”, – deyə o, qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR