Ərdoğana BÖYÜK JEST ETDİLƏR: Dünyanın ən hündür binası Türkiyə bayrağına büründü -

Birləşmiş Ərəb Əmirliklərində yerləşən dünyanın ən hündür binası Bürc Xəlifə Türkiyənin bayraqlarının rəngləri ilə işıqlandırılıb.

Metbuat.az xəbər verir ki, Bürc Xəlifədə Türkiyə bayrağının əks olunması, prezident Rəcəb Tayyib Ərdoğanın krallığa səfəri ilə əlaqədardır. Həmçinin, binada “Xoş gəldiniz” sözləri yazılıb, Türkiyənin İstiqlal marşı səsləndirilib. Ərəb mediasının məlumatına görə, krallığın bu davranışı Ərdoğana böyük jestdir. Bildirilir ki, Bürc Xəlifədə nadir hallarda hansısa dövlət başçısının şərəfinə həmin dövlətin bayrağı əks olunur.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə səfəri bu gün başlayacaq və iki gün davam edəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR