Tahir Kərimlinin Elçibəyi istefaya səsləyən illər öncəki ÇIXIŞI -

Xəbər verdiyimiz kimi, millət vəkili Tahir Kərimli sosial şəbəkədəki hesabından onu ölümlə hədələyən şəxslərə səslənərək ictimaiyyətinin diqqətini özünə çəkən video yayımlayıb.

Araşdırmamız zamanı məlum oldu ki, bu millət vəkilinin ilk belə çıxışı deyil. Belə ki, 1992-1993-cü illərdə o vaxtkı Xalq Cəbhəsi Partiyasının hakimiyyəti illərində də parlamentdə emosianal çıxışı ilə yaddaşlarda qalmışdı. Millət vəkili Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyi günahlandıraraq parlamenti yerlibazlıqda ittiham etmişdi. O hətta özünü öldürəcəyini deyərək, Elçibəyi istefaya çağırmışdı.

Metbuat.az həmin anların görüntüsünü təqdim edir.

Aidə Fərzəliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR