Manaf Ağayev bahalı və lüks avtomobili ilə Füzulidə -

Müğənni Manaf Ağayev Füzuli şəhərinə yollanıb.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, sənətçi yaxın dostları ilə birlikdə doğulub boya-başa çatdığı Füzulini uzun illərdən sonra ilk dəfə ziyarət edib. Ağayev həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Manaf videoya bu sözləri də əlavə edib:

"Doğma Füzulimdə... Allah bütün qarabağlılara Qarabağımızın hər guşəsini görməyi nəsib etsin".

İfaçı qara rəngli lüks avtomobili ilə diqqət çəkib. Ağayevin bahalı "Maybach" markalı maşını istifadəçilərin müzakirələrinə səbəb olub. Daha sonra sənətçi sosial şəbəkə hesabında paylaşdığı görüntülərini silib.

Manaf Ağayev bahalı və lüks avtomobili ilə Füzulidə - FOTO/VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR