Azərbaycan atleti beynəlxalq turnirdə 5-ci olub

Azərbaycan atleti Nazim Babayev Fransanın Lans şəhərində keçirilən beynəlxalq "World Indoor Tour - Lievin" turnirində 5-ci yeri tutub.

Metbuat.az xəbər verir ki, 25 yaşlı idmançı üç təkanla tullanma yarışında 16,39 metr nəticə göstərib.

Turnirdə qızıl medalı kubalı Lazaro Martines (17,21 metr) qazanıb, almaniyalı Maks Hess (16,76 metr) isə 2-ci yeri pillənin sahibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR