Pakistan Əfqanıstanla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirdi

Pakistan Əfqanıstanla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, silahlıların Pakistan ərazisinə sızması iki ölkə arasındakı sərhəddə sabitliyin və sülhün yaranmasına mane olur. Pakistanlı hərbçilər bildiriblər ki, son zamanlar Əfqanıstandan keçən silahlılar Pakistanın azı 14 əsgərini öldürüb.

Pakistan 2017-ci ildə Əfqanıstanla 2 611 km uzunluğunda sərhəddə mühəndis qurğuları quraşdırmağa başlayıb. Hazırda sərhədin 800 km-dən artıq hissəsində işlər başa çatıb. Pakistana Əfqanıstandan ən çox “Təhrike Pakistan” hərəkatının siahlılarının keçdiyi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR