Millinin oyunçusu avtoqola imza ataraq het-trik etdi -

"Liverpul"un və Yeni Zelandiya millisinin oyunçusu Maykayla Mur çox çətin anlar yaşayıb.

Metbuat.az xəbər verir ki, ABŞ millisi ilə qarşılaşmanın ilk yarısında Maykayla Mur 36 dəqiqə ərzində üç avtoqola imza atıb. Het-trik edən qadın futbolçu əvvəlcə 5-ci dəqiqədə soldan ötürməni öz qapısına çevirərək hesabı açıb. 1 dəqiqə sonra Mur yenidən qapıçısına qol vurub, sonuncu qolu - het-trik isə baş zərbəsi ilə bitib.

Bütün bunlara dözə bilməyən Mur əvəzlənməsini istəyib.

Qeyd edək ki, matç 5:0 hesabı ilə bitib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR