DİM magistraturaya qəbulda ən yüksək bal toplayan bakalavrın adını açıqlayıb

Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayan şəxsin kimliyi məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) feysbuk səhifəsində paylaşım edilib.

Paylaşımda həmin şəxsin Dövlət İdarəçilik Akademiyasının məzunu Ağaverdiyev Aydın Habil oğlu olduğu qeyd olunub. O, imtahanda 98 bal toplayıb.

Məlumat üçün bildirək ki, imtahanda ən yüksək bal 100-dür.

Bildirilib ki, A.Ağaverdiyev bakalavriat səviyyəsinə qəbul imtahanında 683 bal toplayıb.

Bir 1 nəfər, ayaqda və bunu deyən yazı "DÖVLET İMTAHAN M3RKAZi Magistraturaya qabul imtahanında อn yüksak bal toplayan Dövlet İdaraçilik Akademiyasının mazunu Ağaverdiyev diyev Aydın Habil oğlu 98 bal Bakalavriat saviyyasina qabul imtahanın topladığıbal 683 YDaR BLİYE MaRKAZİ" şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)