Dənizdə gərginlik: Yunanlar Türkiyə qayığına atəş açdı - Yaralı var

Egey dənizində Yunanıstan qüvvələri 2 türk balıqçı qayığına atəş açıb.

Metbuat.az xəbər verir ki, hadisə zamanı 1 nəfər yaralanıb. Türkiyənin Sahil Mühafizə Xidmətinin məlumatına görə, hadisə Xios və Qaraburun adaları arasında baş verib. Balıqçıların kömək çağırışından sonra dərhal əraziyə Türkiyənin Sahil Mühafizə Xidmətinin 2 qayığı cəlb edilib.Lakin türklər gələnə qədər yunanlar aradan çıxıb. Hadisə ilə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR