Xankəndi və Əsgəran istiqamətində azan səsləndirildi -

İşğaldan azad edilmiş ərazilərdə Xocalı soyqırımının 30 illiyi ilə bağlı azan səsləndirilib.

Metbuat.az xəbər verir ki, bu gün saat 13.06-da Ağdam rayonu ərazisindən Əsgəran rayonu, eləcə Pirlər (Xramort), Xanabad kəndləri və Şuşa şəhərindən Xankəndi şəhəri istiqamətində avtomobillərdə quraşdırılmış səsgücləndiricilər vasitəsilə azan səsləndirilib.

Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.

Azan səsi növbəti dəfə 16.58-də səsləndiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR