Voleybol üzrə dünya çempionatı Rusiyada keçirilməyəcək

Bu il kişi voleybolçular arasında keçiriləcək dünya çempionatına ev sahibliyi etmək hüququ Rusiyadan alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Voleybol Federasiyası (FIVB) verib.

FIVB Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən bu addımı atıb.

Turnir 26 avqust - 11 sentyabrda təşkil olunacaq. Yeni ev sahibinin adı daha sonra açıqlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR