"Bu, məni qorxutdu" -

"Miss BumBum" müsabiqəsinin qalibi braziliyalı model Suzi Kortez Rusiya Prezidenti Vladimir Putinlə bağlı xatirələrini paylaşıb.

Metbuat.az xəbər verir ki, Kreml rəhbəri ilə 2018-ci ildə şam yeməyi zamanı tanış olduğunu deyən model Ukraynaya hücum edən Putini “psixopat” adlandırıb.

31 yaşlı model Putinlə görüşünü belə xatırlayıb:

"Putin mənim əlimi sıxdı və bir neçə dəqiqə birbaşa gözlərimin içinə baxdı. Bu, məni bir az qorxutdu".

Putinin tədbir boyu taxta stulda əyləşdiyini bildirən Kortez, “Mənə nəsə demək istəyəndə katibinə bildirir, o da gəlib mənə onun nə demək istədiyini söyləyirdi. Məni çox tərifləyib dövlət maşını ilə istədiyim yerə göndərdi. Bu mənə çox qəribə gəlirdi. Mən başa düşə bilmədim ki, o, bu üsulu müdafiə üçün, yoxsa təqib üçün seçmişdi".

Putinlə görüş təcrübəsinin olduqca qəribə olduğunu qeyd edən model bu barədə sosial şəbəkədə də paylaşım edib. Model “Rusiyaya kubok üçün getmişdim. Putinlə şəxsən görüşdüm. O dövrdən qalan hər xatirəmi zibil hesab edib sildim. Çünki Putin əsl psixopat olduğunu sübut etdi” deyə izləyicilərini təccübləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR