"Əminəm ki, biz tezliklə vətəndaşlarımıza qayıdın deyəcəyik".

Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

“Əminəm ki, biz tezliklə vətəndaşlarımıza deyəcəyik: qayıdın, çünki sizi artıq heç bir təhlükə gözləmir. Polşadan, Rumıniyadan, Slovakiyadan və başqa ölkələrdən qayıdın"

Prezident bildirib ki, Ukraynanın bərpası üçün artıq qərar verilib:

"Artıq Ukraynanın bərpası üçün onlarla milyard dollar ayrılıb. Bu, ilk qərardır. Biz işğalçılara böyük zərbə vururuq. Rusiya ordusu 10 minə yaxın canlı qüvvə itirib. Bu dəhşətdir, əsgərlər 18-20 yaşındadır. Onlar niyə dföyüşdüklərini belə izah edə bilmirlər. Rusiya onlara ölümdən başqa da nəsə verə bilərdi. Biz danışıqlar nəticəsində əldə olunmuş razılaşmanın üzərimizə düşən hissəsinə əməl edirik”.