Həkim: "Allergik reaksiyanın kəskinləşmə dövründə olmayanlara vaksin vurula bilər"

"Allergik reaksiyanın kəskinləşmə dövrü yoxdursa, o zaman vaksina vurdura bilərlər".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Günay İsmayılova deyib.

O bildirib ki, yanlız ağır gedişli bronxial-astma COVID-19 üçün risk faktoru hesab olunur:

"Koronavirus əleyhinə peyvənd olunma üçün əks-göstəriş xəstəliyin kəskin inkişaf dövrü ola bilər. Allergik reaksiyanın kəskinləşmə dövrü yoxdursa, o zaman vaksin vurdura bilər. Kəskin dövrdə isə müvəqqəti əks-göstəriş ola bilər. Müəyyən vaxtdan sonra isə peyvənd vurdurmaq olar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR