Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinə görə Qərb ölkələrinin həyata keçirdiyi bəzi tədbirləri sərt tənqid edib.
Metbuat.az xəbər verir ki, Ərdoğan Almaniyada filarmoniya orkestrasının rəhbərinin Putinin dostu olduğuna görə vəzifəsindən uzaqlaşdırılmasına qarşı çıxıb. “Putinin dostudur deyə vəzifədən qovursuz. Belə cəfəngiyyat olarmı?” deyən Ərdoğan, Qərb ölkələrinin Rusiya vətəndaşlarına qarşı münasibətini tənqid edib.
“Rus sənətçilərinə və idmançılarına qarşı münasibəti qəbul etmirik. Dostoyevskinin əsərlərinə qadağa qoyursuz. Bağdaddakı kitabxanaları məhv edən Hulakidən nə fərqi qaldı? Eynilə bu”.