Rüstəm İbrahimbəyov

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, məlumatda deyilir:

“Moskvadan çox pis xəbər aldıq... Uzun sürən xəstəlikdən sonra, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə dünyasını dəyişib. Əlvida ustad! Əlvida kinomuzun ən böyük dostu! Əlvida əziz həmkar!”.


16:33

Xalq yazıçısı Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə kinorejissor Tahir Tahiroviç feysbuk hesabında məlumat verib. O, dünən axşam Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR