Çempionlar Liqası: Daha iki 1/4 finalçı bəlli olub

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, İspaniyanın "Atletiko" (Madrid) klubu İngiltərədə "Mançester Yunayted"in qonağı olub. Qarşılaşma Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Gecənin digər matçında isə "Ayaks" Niderlandda Portuqaliya "Benfika"sını qəbul edib. Bu görüşdə də qonaqlar rəqibini minimal hesabla məğlub ediblər. İlk matç 2:2 hesabı ilə yekunlaşdığından, bu nəticə "Benfika"nı 1/4 finala aparıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR