Azərbaycanla BMT-nin təşkilatı arasında sazişi təsdiqləndi -

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb

Metbuat.az xəbər verir ki, Fərmanla qərara alınır:

- 2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi” təsdiq edilsin.

- Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərsin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR