İmişlidə qəza baş verib -

İmişlidə baş verən yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

Metbuat.az xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının 74-cü kilometrliyində - İmişli rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayon sakini, 1964-cü il təvəllüdlü Cəbrayılov Ənvər Qulyar oğlunun idarə etdiyi “QAZel” markalı avtomobil “KamAZ” markalı avtomobillə toqquşub.

Nətcədə “QAZel”in sürücüsü ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralı aldığı ağır xəsarətlərdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR