Putinin xüsusi numayəndəsi istefa verib Rusiyanı tərk etdi -

"Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubays öz istəyi ilə işdən çıxıb. Onun Rusiyadan gedib-getməməsi isə şəxsi işidir".

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, Çubays öz istəyi ilə işdən çıxıb. Gedib, getməməsi isə öz şəxsi işidir”- deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Bloomberg agentliyi öz mənbələrinə istinadən Çubaysın vəzifəsindən gedərək Rusiyanın tərk etməsi barədə məlumat yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR