Laçın dəhlizində hərəkət dayandı

Rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağın bir sıra yollarında nəqliyyatın hərəkəti bağlanıb. O cümlədən, Laçın dəhlizi ilə Xankəndiyə gedən yolda da heç bir avtomobil hərəkət edə bilmir.

Metbuat.az xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb.

Mənbə yazır ki, saat 09:30-dan etibarən qar fırtınası ilə əlaqədar Saravan-Zəngər avtomobil yolu müvəqqəti bağlanıb, təmizləmə işləri aparılır.

Qorus-Sisyan-Vayk avtomobil yolunda yük maşınlarının hərəkəti qadağan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR