Los-Ancelesdə keçirilən 94-cü "Oskar" mükafatlandırma mərasimində qalmaqal yaşanıb.

Metbuat.az-ın məlumatına görə, ABŞ aktyoru Kris Rok “Oskar” mərasimi zamanı “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədləri açıqlayıb. Çıxış zamanı komediya ustası Vil Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin "heyranedici, çox qısa saçları" ilə bağlı zarafat edib. Bundan sonra Smit səhnəyə qalxaraq Roka şillə vurub. Rok bu hadisəni televiziya tarixinin ən möhtəşəm gecəsi adlandırıb.

Qeyd edək ki, Uil Smitin həyat yoldaşı Ceyd Pinketin saçları bir müddətdir ki, xəstəliyindən dolayı tökülür.