Manaf Ağayev özünə qadağa qoydu: "Aparırlar adamı..."

Müğənni Manaf Ağayev həbsxanadan çıxandan sonra ilk dəfə efirə çıxıb.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, sənətçi "Zaurla Günaydın" proqramında qonaq olub. O bildirib ki, bundan sonra verilişlərlə bağlı özünə qadağalar qoyub.

"Hər şey əladır, yaxşıdır. Böyük çıxmasın, bundan sonra məhdudiyyət qoyacam. Aparırlar adamı başqa şey danışdırıb, başqa şey qoyurlar. Verilişlərə çıxmamışdım, bura gəldim" deyə, Manaf əlavə edib.

Xatırladaq ki, Manaf Ağayev və iş adamı Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə gedib. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlayıb. Az keçmədən müğənni paylaşımını silib. Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. Sənətçi və iş adamı 15 sutka həbs olunub. İfaçı martın 5-də azadlığa çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR