Azərbaycan güləşçisi Avropa üçüncüsü oldu

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, 74 kq-da yer alan idmançı 3-cü yer uğrunda qarşılaşmada Rumıniya təmsilçisi Zurab Kaprayevlə üz-üzə gəlib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Bayramov Avropa üçüncülüyünü qazanıb. Bu, Azərbaycan yığmasının yarışdakı ilk bürünc medalı olub.

Bu gün, həmçinin sərbəst güləşçilərdən 86 kq-da yarışan Abubakr Abakarov qızıl və 92 kq-da Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. Abakarov Mayls Nazem Amin (San Marino), Nurməhəmmədov isə Damian İqlesias Vilela (İspaniya) ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb. Avropa çempionatı aprelin 3-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR