Xızı sakinindən silah-sursat aşkar edildi - FOTO

Xızıda rayon sakinində “Kalaşnikov” markalı avtomat aşkarlanıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Heybət Heybətovdan “Kalaşnikov” markalı avtomat silahı, iki ədəd patron darağı və 27 ədəd patron götürülüb. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə H.Heybətov barəsində həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR