Əlilliyi olan şəxslərə 13,1 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin yanvar-mart ayları ərzində 2958 əlilliyi olan şəxsə 13084 reabilitasiya vasitəsi verilib.

Nazirlikdən Metbuat.az-a verilən xəbərə görə, bu kateqoriyadan olan şəxslər 262 ədəd aşağı ətraf protezi, 41 ədəd yuxarı ətraf protezi, 426 ortez, 3830 hərəkət dayaq vasitələri,1354 cüt protez ayaqqabı ilə təmin ediliblər. Onların həmçinin 1372 ortopedik ayaqqabı, 444 ədəd eşitmə aparatla və s. təminatı həyata keçirilib. Son 3 ayda 543 əlilliyi olan şəxsə təkərli oturacaq verilib ki, onlardan bir qismi mühərrikli təkərli oturacaqlardır.

Müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatı cari ilin ilk rübündə də davam edib və ümumilikdə bu proqram üzrə 270 nəfər müharibə əlili yüksək texnologiyalı 290 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR