Daha bir sahədə qiymətlər BAHALAŞDI -

Son bir ay ərzində avtoyuma məntəqələrində göstərilən xidmətlərin qiymətləri təqribən 20 faiz artıb. Bu faktı həm sürücülər, həm də avtoyuma məntəqələrinin işçiləri təsdiqləyirlər.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bahalaşmanın səbəbi xərclərin artması ilə əlaqələndirilir.

Avtomobil sürücüləri "Xəzər Xəbər"ə deyib ki, avtoyuma məntəqələrində göstərilən xidmətlərin qiymətində təqribən 20 faizlik artım var. Kiçik həcmli avtomobillərin yuyulması 5 manatdan 6 manata, iri həcmli avtomobillərin yuyulma qiyməti isə 10 manatdan 12 manata qədər artıb. Bəzi sürücülər qiymət artımının bir aydır hiss edildiyini deyir.

Avtoyuma mənqətələrində də yeni qiymətlərin olduğunu təsdiqlədilər. Bildirilib ki, hazırda şəhərdə əksər avtoyuma məntəqələrində kiçik avtomobillər 6 manata yuyulur.

Qiymət artımının səbəblərindən danışan avtoyuma işçisi deyib ki, bahalaşma həm müvafiq şampunların, dərmanların, həm də suyun qiymətinin son artımından sonra baş verib.

Bundan başqa, digər avtoyuma məntəqələrində də deyilib ki, xidmət haqqının artımı xərclərin yüksəlməsi ilə əlaqəlidir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR