Ukraynada əsir götürülən azərbaycanlı tələbə azad edilib

Ukraynada ruslar tərəfindən əsir götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayev azad edilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hüseyn Abdullayevin atası Amin Abdullayev məlumat verib.

Onun bildirdiyinə görə, martın 17-dən rus əsgərləri tərəfindən əsir götürülən, əslən Neftçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı H. Abdullayev Ukraynanaın Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. A. Abdullayev bildirib ki, oğlu bu gün əsirlikdən azad olunub. H. Abdullayev oradan Zaporoje şəhərinə gedib.

Onun oradan Azərbaycana qayıtması istiqamətində tədbirlər görüləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR